ABŞ defolt qarşısındadır, fövqəladə tədbirlər görülməlidir –Maliyyə naziri xəbərdarlıq etdi

Yanvarın 19-da Birləşmiş Ştatların borcu ən yüksək – tavan həddə çatacaq.

Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellenin Konqresin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə göndərdiyi məktubda deyilir.

Canet Yellen bildirib ki, 2023-cü il yanvarın 19-dan etibarən ABŞ-ın ödənilməmiş borcunun qanunla müəyyən edilmiş həddə çatması proqnozlaşdırılır. Mən Konqresi Birləşmiş Ştatların kredit təhlükəsizliyini qorumaq üçün tez hərəkətə keçməyə çağırıram”.

Yellenin sözlərinə görə, ABŞ-ın defoltunun qarşısını almaq üçün “fövqəladə tədbirlər” görülməlidir.

2022-ci ilin sonunda Demokratlar Partiyasını təmsil edən ABŞ Prezidenti Co Bayden ölkənin dövlət borcunun tavanını 2,5 trilyon dollar artıraraq 31,4 trilyon dollara çatdıran qanunu imzalayıb. Beləliklə, potensial defoltun qarşısı alınıb. Yellenin o zaman dediyi kimi, qanun təsdiqlənməsəydi, federal hökumətin işini maliyyələşdirmək üçün lazım olan vəsait çatışmazlığı yarana bilərdi.

Əvvəlki məqalə

COVİD-ə yoluxma əlaməti olanlar 10 gün təcrid olunsun –

Sonrakı məqalə

2023-cü ildə ciddi ərzaq qıtlığı gözlənilir –