“Taliban” hərəkatı Qətərdə ABŞ Dövlət Departamentinin nümayəndələri ilə keçirilən danışıqları səmərəli adlandırıb.
Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
“Dohadakı Əfqanıstan-Amerika görüşü səmərəli keçib. Ümid edirik ki, bu, “Taliban” tərəfindən yaradılmış müvəqqəti Əfqanıstan hökumətinin tanınmasına yol açıb”, – deyə telekanal “Əfqanıstan İslam Əmirliyi”nin (radikalların dövlətə verdikləri ad) Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.
Qeyd edilir ki, “Taliban” hazırda Avropa Birliyi nümayəndəliyi ilə danışıqlar aparır.