“ABŞ diplomatları ilə görüş səmərəli oldu” –Taliban

“Taliban” hərəkatı Qətərdə ABŞ Dövlət Departamentinin nümayəndələri ilə keçirilən danışıqları səmərəli adlandırıb.

Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

“Dohadakı Əfqanıstan-Amerika görüşü səmərəli keçib. Ümid edirik ki, bu, “Taliban” tərəfindən yaradılmış müvəqqəti Əfqanıstan hökumətinin tanınmasına yol açıb”, – deyə telekanal “Əfqanıstan İslam Əmirliyi”nin (radikalların dövlətə verdikləri ad) Məlumat və Mədəniyyət Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Qeyd edilir ki, “Taliban” hazırda Avropa Birliyi nümayəndəliyi ilə danışıqlar aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusla mübarizədə yolun hələ 60%-i qət edilib” –

Sonrakı məqalə

Pakistanın nüvə proqramının “atası” Abdul Kadır Xan vəfat edib