Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ dövlət katibi Azərbaycanı təbrik edib

User 28 May 2022 - 18:40 (Last updated: 21 May 2025 - 20:15)
blinken

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edib.

Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.

Təbrikdə deyilir: “Amerika Birləşmiş Ştatları adından, Azərbaycanın Müstəqillik Gününü təbrik edirəm.

Bu il biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik.

Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etməsindən keçən otuz il ərzində biz Avropanın enerji təhlükəsizliyinin təşviqində, transmilli təhdidlərlə mübarizədə, ikitərəfli ticarət və investisiyaların inkişafında güclü tərəfdaşlara çevrilmişik. Biz Azərbaycanın terrorizmə və qeyri-qanuni ticarət şəbəkələrinə qarşı qlobal mübarizəyə verdiyi töhfələri, habelə Ukraynaya dəstəyinizi, xüsusilə humanitar yardımınızı dərindən qiymətləndiririk.

Birləşmiş Ştatlar təkcə güclü iqtisadi əlaqələr vasitəsilə deyil, həm də xalqlararası əlaqələr vasitəsilə münasibətlərimizi genişləndirməyə davam etməkdən qürur duyur. Minlərlə Azərbaycan və Amerika vətəndaşı birlikdə çalışır və təhsil alır və yenilik, əməkdaşlıq etmək və bir-birindən öyrənmək imkanı əldə ediblər. Qarşıdakı illərdə daha minlərlə insanın bu yolu izləməsini səbirsizliklə gözləyirik. Biz Azərbaycan və Cənubi Qafqaz regionu üçün sülhsevər, demokratik və firavan gələcəyin təşviqinə sadiqik və ikitərəfli və tərəfdaşlarla, o cümlədən regiona uzunmüddətli hərtərəfli sülhün tapılmasına kömək etməyə hazırıq.

Qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bu çətin zamanda Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyini və suverenliyini, həmçinin Azərbaycan xalqının hüquq və azadlıqlarını dəstəkləməyə sadiqliyini bir daha təsdiqləyir”.

Post navigation

Previous: “Rusiya Kiyevlə dialoqun bərpasına açıqdır” –
Next: Almaniyanın məşhur kosmetika şirkəti Rusiyadan gedir

Oxşar xəbərlər

tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
abs zerbe iran
  • Dünya

ABŞ İrandakı hücumlarını gizli saxlayır – Qeşm adasına zərbə endirildi

User 03 Noyabr 2026 - 10:00
teyyare qeza
  • Dünya

ABŞ-da təyyarə qəzası – Milyonçu, arvadı və azyaşlı uşaqları öldü

User 03 Noyabr 2026 - 09:50

xƏBƏR

tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Rusiya və Ukrayna arasında müharibənin dayandırılması istiqamətində yeni diplomatik təşəbbüs gündəmə gəlib. ABŞ-ın vasitəçiliyi ilə tərəflər arasında...
Read more about Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur? urekgetme
  • Sosial

Bu sindrom ömrü 20 il qısalda bilər – Hansı təhlükəli xəstəliklərə səbəb olur?

User 03 Noyabr 2026 - 10:37
ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər? neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30
Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 50 nəfər saxlanıldı – 122 axtarışda olan şəxs tutuldu

User 03 Noyabr 2026 - 10:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.