ABŞ dövlət katibi İsraildə səfərdədir- Netanyahu ilə danışıqlar aparacaq

ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdədir.

Azpost.info xəbər verir ki, Blinken ilk növbədə Qüdsə gedəcək və orada İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparacaq.

Günün sonunda Blinkenin İsrail prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.

Hər iki görüşün əsas mövzusu Fələstin-İsrail münaqişəsinin həlli olacaq.

Bundan əvvəl media İsraildən sonra Blinkenin İordan çayının qərb sahilinə səfər edəcəyini və orada Fələstin lideri Mahmud Abbasla görüşəcəyini yazmışdı.

Azpost.info

Əvvəlki məqalə

Putinin son ildə ilk dəfə xarici ölkəyə rəsmi səfərə gedib

Sonrakı məqalə

İsrail ölkəyə daxil olan HƏMAS yaraqlılarının sayını