ABŞ dövlət katibi MDB turnesinə çıxıb –

Qazaxstana gəlib
02 Fevral 2020 - 00:19

Belarusa səfərindən sonra ABŞ-ın Dövlət katibi Mayk Pompeo şənbə günü Qazaxıstanın gəlib. 

TASS-ın verdiyi məlumata görə, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

Bildirilib ki, səfər çərçivəsində Pompeo dövlət başçısı Kassym-Jomart Tokaev, ilk prezident Nursultan Nazarbayev, həmçinin Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq, habelə qlobal gündəlikdə duran məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, fevralın 2-3 tarixlərində isə Pompeo Özbəkistanda olacaq. O, prezident Şavkat Mirziyoyev və Xarici İşlər naziri Abdulaziz Kamilovla görüşəcək.

Bundan əlavə, ABŞ-ın Dövlət katibi Daşkənddə keçiriləcək “Orta Asiya – ABŞ” (“C5 + 1”) formatında nazirlərin görüşündə iştirak edəcək.