ABŞ Dövlət katibi Ukraynaya səfərə gəlib

BŞ Dövlət katibi Entoni Blinken Kiyevə səfərə gəlib. Bundan əlavə o, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Bu barədə “Strana” nəşriyyatı bildirib.

Məlumata əsasən, səfərin məqsədi Ukraynanın ABŞ-dan dəstəyini nümayiş etdirməklə yanaşı, Kiyevə silah tədarükü də daxil olmaqla bir sıra məsələləri müzakirə etməkdir.

E.Blinken ilə birlikdə keçən həftə ABŞ Senatı tərəfindən Dövlət Katibinin Siyasi İşlər üzrə müavini vəzifəsinə təyin olunduğu Viktoriya Nuland da Ukraynanın paytaxtına gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişib

Sonrakı məqalə

“Onların qisas yönümlü bəyanatları cəfəngiyyatdır” –