ABŞ dövlət katibinin köməkçisi iyunun 15-də Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, – məlumatda qeyd olunub.

Karen Donfridin iyunun 15-də Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.

Əvvəlki məqalə

Şəhriyar Məmmədyarov Norveçdə Teymur Rəcəbova məğlub oldu

Sonrakı məqalə

İsveç Türkiyə ilə razılaşmaq üçün iyulun 1-dən terror qanunu qəbul edir