ABŞ dövlət katibinin Avrasiya üzrə müavini kimdir? –Kəşfiyyatçı zabit və ilk qadın rəhbər

ABŞ Senatı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini postuna namizəd Keron Donfraydla bağlı dinləmələrə başlayıb.

Azpost.info bildirir ki, Donfraydın namizədliyini ABŞ prezidenti Co Bayden irəli sürüb.

Keron Donfrayd ciddi siyasi təcrübəyə malik məmurdur. O, hazırda Marşall Fondunun Almaniyadakı təsisatının prezidentidir.

Donfrid 10 il ABŞ Konqresinin Tədqiqatlar xidmətinin Avropa üzrə mütəxəssisi kimi çalışıb.

2001-ci ildə Marşall Fonduna gəlib.

2003-2005-ci illərdə Donfrid ABŞ Dövlət Departamentinin siyasi planlama şöbəsində işləyib. 2005-ci ildə yenidən Marşall Fonduna qayıdıb. Orada siyasi proqramlar direktoru, 2010-cu ildən isə vitse-prezident vəzifəsini tutub.

Bundan sonra Donfrid Milli Kəşfiyyat Şurasının Avropadakı milli kəşfiyyatının zabiti kimi xidmət edib. Burada o, yüxarı vəzifəli şəxslər üçün strateji analizlərin hazırlanmasına rəhbərlik edib.

Bu vəzifədən sonra Donfrid Milli Təhlükəsizlik Şurasında ABŞ prezidentinin xüsusi nümayəndəsi və avropa işləri üzrə dirüktoru olub.

2014-cü ildə Marşall Fondunun ilk qadın prezidenti olub.

ABŞ və Avropanın transatlantik birliyinin tərəfdarı və bu siyasət üzrə aparıcı şəxslərdəndir.

Qeyd edək ki, Karen Donfraydın prezident olduğu Marşall Fondunun nəzdində 2013-cü ildən senator Riçard Luqarın Diplomatiya və Konqres İnstitutu fəaliyyət göstərir.

Bu institutun fəaliyyəti Vaşinqtondakı xarici diplomatik missiyalarla ABŞ Konqresi arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın genişlənməsinə yönəlib. İnstitut ölkələrin qarşılıqlı maraqları ilə bağlı məsələləri müzakirə etmək üçün səfirlərin, ABŞ konqresinin üzvlərinin və ekspertlərin müntəzəm görüşlərini keçirir.

Azərbaycan 2014-cü ildə bu instituta üzv qəbul edilib.

Qurumda ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov təmsil olunur.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xocavənddə yeni hərbi hissələrin açılışı olub –

Sonrakı məqalə

Paşinyan müdafiə nazirinin müavinini vəzifəsindən azad edib