ABŞ Senatı Rusiyanı terrorizmin sponsoru kimi tanımağa çağırdı- QƏTNAMƏ

ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib.

Azpost.info xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin saytında yayılıb.

Səsvermə yolu ilə qəbul edilən sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya hökumətinin prezident Vladimir Putinin göstərişi ilə törətdiyi hərəkətləri terror aktlarına sponsorluq kimi qiymətləndirir.

Bir müddət əvvəl dövlət katibi Entoni Blinken bildirmişdi ki, ABŞ administrasiyası Rusiyanın terroru himayə edən ölkələr siyahısına daxil edilməsində böyük praktik effekt görmür.

Azpost.info

Əvvəlki məqalə

Kinematoqrafçılar İttifaqının mükafatını alanlar məlum oldu –

Sonrakı məqalə

ABŞ Ermənistana 120 milyonluq qrant ayırır