Vaşinqton Gürcüstan hakimiyyətinə qarşı yeni tədbirlər, o cümlədən əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.
Bunu ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü yaydığı yazılı açıqlamada bildirib.
“Birləşmiş Ştatlar indi bizim ixtiyarımızda olan vasitələrdən, o cümlədən əlavə sanksiyaların tətbiqindən istifadə etməyə hazırlaşır, bundan əlavə, daha əvvəl elan etdiyimiz ikitərəfli əməkdaşlığın nəzərdən keçirilməsinə hazırlaşır”, – deyə o bildirib.
Onun fikrincə, Gürcüstan hakimiyyəti dinc toplaşmaq və ifadə hüquqlarından istifadə etdiklərinə görə saxlanılanları dərhal azad etməlidir.
Dövlət katibinin fikrincə, qanunsuz güc tətbiqində günahkar olan məmurlar tam məsuliyyətə cəlb edilməlidir.