ABŞ Gürcüstana “Javelin” raketlərini satacaq

ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyi Gürcüstana 30 milyon dollar dəyərində “Javelin” tank əleyhinə idarəolunan raketlərinin (TƏİR) və əlaqəli ləvazimatların mümkün satışını təsdiqləyib.

Məsələ ilə əlaqədar agentlik ABŞ konqresini məlumatlandırıb. Agentliyin məlumatına görə Gürcüstan höküməti 82 Javelin TƏİR və 46 idarə olunan başlatma qurğusunun satın alınması ilə bağlı müraciət edib.

Bildirilib ki, təklif edilən satış ABŞ-ın xarici siyasətini, milli təhlükəsizliyini gücləndirəcək.

Qeyd olunub ki, ABŞ-ın strateji tərəfdaşı olan Gürcüstan bu sistemi öz silahlı qüvvələrinə asanlıqla inteqrasiya edə biləcək, ona müdafiə qabiliyyətlərini gücləndirməyə, suverenllik və ərazi bütövlüyünü qorumağa yardım edəcək.

“Təklif olunan satış və ləvazimat dəstəyi regionun əsas hərbi balansını dəyişməyəcək”, – deyə agentliyin bəyanatında qeyd olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gün rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

Sonrakı məqalə

Gəncədə avtomatla silahlanmış narkotacir tutuldu –