Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ Gürcüstanın hökumət üzvlərinə sanksiya tətbiq edib

User 06 İyun 2024 - 22:49 (Last updated: 21 May 2025 - 20:15)
abs gurcu

ABŞ “xarici təsir” qanununun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin deputatlarına, həmçinin aksiyaların dağıdılmasında iştirak edən polis zabitlərinə sanksiya tətbiq edib.

Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə bildirib.

O, sanksiyaların Gürcüstanın təxminən 20-30 rəsmisinə və onların birinci dərəcəli ailə üzvlərinə şamil edildiyini vurğulayıb.

“ABŞ “Gürcü Arzusu” partiyasının anti-demokratik əməllərindən, həmçinin onun bu yaxınlardakı bəyanatlarından və ritorikasından dərin narahatlıq keçirir. Bu əməllər Gürcüstanı Avropa gələcəyindən çıxarmaq riski daşıyır və Gürcüstan konstitusiyasına və öz əhalisinin istəyinə ziddir”, – Miller deyib.

Metyu Miller əlavə edib ki, Dövlət Departamenti bu əməllərə görə məsuliyyət daşıyan rəsmilərə, Gürcüstan vətəndaşlarının sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasında rol oynayan, həmçinin aksiyaçılara zorakılıqla müdaxilə edilməsində iştirak edənlərə, vətəndaş cəmiyyəti üzvlərinin təhdid edilməsinə görə məsuliyyət daşıyanlara və dezinformasiya yayılmasına görə məsuliyyət daşıyanlara, onların ailə üzvlərinə viza məhdudiyyəri tətbiq edib.

“Viza məhdudiyyətlərinin ilk tranşı “Gürcü Arzusu “partiyasının üzvlərini, parlament üzvlərini, hüquq mühafizə orqanı əməkdşlarını və özəl şəxsləri əhatə edir. Biz hələ də ümid edirik ki, Gürcüstanlı liderlər öz əməllərini bir daha gözdən keçirəcəklər. Gürcüstan hökumətinin öz trayektoriyasını dəyişmək üçün hələ də vaxtı var”, – Dövlət Departamentinin rəsmisi deyib.

Miller Gürcüstan hökuməti öz mövqeyini bir daha nəzərdən keçirməyəcəyi və Avro-Atlantik inteqrasiya istiqamətində addımlar atmayacağı təqdirdə ABŞ-nin əlavə tədbirlər görməyə hazır olduğunu qeyd edib.

 

 

***

ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına, o cümlədən hökumət, parlament üzvləri və onların qohumlarına qarşı viza sanksiyaları tətbiq edib.

Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı bildirib.

Miller bildirib ki, viza məhdudiyyətlərinin ilk “dalğası” öncəlikə “Gürcü Arzusu” partiyasının üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına təsir edəcək.

Vaşinqton Gürcüstanda qəbul edilən “Xarici təsir haqqında” qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.

Post navigation

Previous: “Avropa İttifaqının üç ölkəsi Azərbaycana soyuq müharibə elan edib” –
Next: Ermənistanın Abovyan şəhərində güclü partlayış baş verib

Oxşar xəbərlər

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.