ABŞ-ın Müdafiə Nazirliyi ölkə hərbçilərindən ibarət əlavə qrupun Şərqi Avropa ölkələrinə göndərilməsini şərh edib.
RİA-Novostinin yaydığı məlumata görə, Pentaqondan bildirilib ki, bu, NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədi daşıyır. Qurumdan ABŞ hərbçilərinin Ukraynaya göndəriləcəyi də istisna edilməyib.
Qeyd olunub ki, ABŞ əsgərləri “təxliyə prosesinə yardım etmək üçün” bu ölkəyə göndərilə bilər.