“Vaşinqton Pekini Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə günahlandırır. Lakin Çin-Amerika münasibətlərinə xələl gətirən ABŞ hakimiyyətinin özüdür”.
Azpost.info xəbər verir ki, bu fikirlər Çin Xarici İşlər Nazirliyinin Tayvanla bağlı bəyanatındandır.
Nazirlik bu açıqlaması ilə ABŞ-ın Pekindəki səfiri Nikolas Bernsin son bəyanatına cavab verib. Berns CNN-ə bildirmişdi ki, Tayvan ətrafında böhran Çin hökuməti tərəfindən süni şəkildə yaradılır.
Çin XİN hesab edir ki, ABŞ hegemonluq edir, mənasız mübahisələrə girir: “ABŞ səfirinin bəyanatı qaranı ağ kimi təqdim etməkdir və Vaşinqtonun hegemonluq məntiqinin və mənasız mübahisələrinin ifşasıdır”.
XİN xatırladır ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən əvvəl və sonra onun nəticələri barədə Vaşinqtona etiraz və xəbərdarlıq edilib. Lakin amerikalı siyasətçilər kurslarını dəyişmək istəmir və Tayvan boğazında gərginlik yaratmaq məsuliyyətindən azad olmaq üçün faktları təhrif etməyə davam edirlər.
Azpost.info
