“ABŞ iki cəbhədə – Rusiya və Çinlə, o cümlədən nüvə silahından istifadə ilə mümkün müharibəyə hazırlaşmalıdır”.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin Strateji Planlaşdırma Komissiyasının 145 səhifəlik hesabatında deyilir.
“Bu gün Birləşmiş Ştatlar bir deyil, iki bərabər nüvə düşməninin meydana çıxması ilə üz-üzədir. Hər biri lazım gələrsə, beynəlxalq status-kvonu güc yolu ilə dəyişdirmək ambisiyalarına malikdir. Bu, ABŞ-ın qabaqcadan görmədiyi və buna hazır olmadığı bir vəziyyətdir”, – hesabatda bildirilir.
Komissiyanın fikrincə, ABŞ strategiyasının məqsədi adi silahlardan istifadə etməklə Avropa və Asiyada eyni vaxtda Rusiya və Çin təcavüzünün qarşısının alınması və məğlub edilməsi olmalıdır.
Sənəddə o da qeyd olunur ki, əgər Birləşmiş Ştatlar və onun müttəfiqləri bu məqsədə çatmaq üçün kifayət qədər adi silah arsenalına malik deyillərsə, ABŞ strategiyası aqressiv hərəkətlərin qarşısını almaq və ya onlara qarşı çıxmaq üçün nüvə silahlarının rolunu artırmaq istiqamətində dəyişməlidir.
Bu baxımdan bir sıra komissiya üzvləri ABŞ-ın nüvə arsenalının həcminin və çatdırılmanın sayının artırılmasını qaçılmaz hesab edirlər: “Nüvə qüvvələrinin ölçüsü və tərkibi Rusiya və Çinin birgə aqressiv fəaliyyətinin mümkünlüyünü nəzərə almalıdır”.
Azpost.info