ABŞ iki rus diplomatını ölkədən qovub

ABŞ Dövlət Departamenti iki rusiyalı diplomatı “persona non-qrata” elan edib.

Azpost.info xəbər verir ki, Departament bu addımı Moskvanın ABŞ səfirliyinin iki yüksək vəzifəli məmurunu ölkədən çıxarmaq qərarına cavab olaraq atıb.

Dövlət Departamenti ABŞ-dan qovulan diplomatların adlarını açıqlamayıb.

Qeyd edək ki, sentyabrda Moskva ABŞ səfirliyinin birinci katibi Cefri Sillin və səfirliyin ikinci katibi Devid Bernşteyni diplomatik statuslarına uyğun gəlməyən hərəkətlərə görə “persona non-qrata” elan edib.

Azpost.info

Əvvəlki məqalə

“Məhkəmə hakimləri 10 min manat maaş almalıdır” –

Sonrakı məqalə

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək