ABŞ ilk dəfə Rusiyaya zərbə endirməyə icazə verdiyini təsdiqlədi

ABŞ prezident administrasiyası ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücumlar üçün Amerikanın ATACMS taktiki raketlərindən istifadə etməyə icazə verdiyini rəsmən təsdiqləyib.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi noyabrın 25-də keçirdiyi brifinqdə bildirib.

“Hazırda ukraynalılar təcili ehtiyac yaranarsa, özünümüdafiə üçün ATACMS-dən istifadə edə bilərlər. Və hazırda bu, Kursk vilayətində və onun ətrafında baş verir”,- deyə  o, Amerikanın Səsinin məlumatına görə bildirib.

Əvvəlki məqalə

Bayden və Makron yaxın saatlarda “Hizbullah” və İsrail arasında atəşkəs qərarını elan edəcək

Sonrakı məqalə

Bakıda Azərbaycanın NATO-nun SNT proqramına qoşulmasına həsr olunmuş konfrans keçirilib