ABŞ-ın Apellyasiya Məhkəməsi Snoudenə bəraət verdi –Onun ifşa etdiyi dinləmə proqramı qanunsuz elan olundu

ABŞ-ın 9-cu Bölgə Apellyasiya Məhkəməsi keçmiş kəşfiyyat analitiki Snoudenin dünyaya açıqladığı ABŞ vətəndaşlarının telefonlarını kütləvi dinləmə və qeydə alınma proqramının qanunsuz olduğu barədə qərar verib.  

Apellyasiya məhkəməsinin üç hakim heyətinin qərarında ABŞ kəşfiyyat məmurlarının proqramı müdafiə etdikləri açıqlamalarında həqiqəti söyləmədikləri və Snoudenin proqram haqqında ictimaiyyəti məlumatlandırmaqdakı roluna dəfələrlə istinad edildiyi bildirilib.

Federal Apelyasiya Məhkəməsi Milli Təhlükəsizlik Agentliyinin (NSA) milyonlarla amerikalının telefon rabitəsini dinləməsinin və saxlamasının qanunsuz olduğunu bildirərək proqramın ifşasında Edvard Snoudenin rolunu yüksək qiymətləndirib.

ABŞ rəhbərliyi 2013-cü ildə Milli Təhlükəsizlik Agentliyinin (NSA) həm ölkədə, həm də dünyada qanunsuz telefon dinləmələri aparmasını və təqib etməsini ifşa etdiyi üçün günahkar elan etdiyi bir zamanda bu xəbər Edvard Snoudenin sevincinə səbəb olub.

ABŞ rəhbərliyi tərəfindən casusluq ittihamı ilə təqib olunan Snouden “Bu günü görəcəyimi heç düşünməzdim. Ancaq o gün gəldi”, – deyib. (Sputnik)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehmanxanalar qarşısında COVID-19-la bağlı qoyulmuş iki tələb ləğv edilib

Sonrakı məqalə

Svetlana Tixanovskaya BMT-nin sessiyasında çxış etdi –