Belarusun müxalifət lideri Svetlana Tixanovskaya BMT-ni Belarusda baş verənləri qınamağa çağırıb.
“Reuters”in verdiyi xəbərə görə, Svetlana Tixanovskaya bu barədə BMT Təhlükəsizlik Şurasının virtual formatda keçirilən qeyri-formal sessiyasında çıxışı zamanı bildirib.
Svetlana Tixanovskaya BMT-ni Belarusa beynəlxalq monitorinq missiyası göndərməyə çağırıb. Müxalifət lideri əlavə edib ki, BMT İnsan Haqları Komissiyası onun ölkəsində insan haqlarının vəziyyəti ilə əlaqədar xüsusi bir iclas keçirməlidir. (APA)