Çinin “CNOOC”, Hindistanın “ONGC” və İndoneziyanın “Pertamina” şirkətləri ABŞ-ın “ExxonMobil”in satışa çıxartıdığı “Azəri-Çıraq-Günəşli”dəki aktivlərin satın alınmasına maraq göstərib.
Azpost.info bildirir ki, bu barədə Trend məlumat yayıb.
“ExxonMobil” şirkətindən Trend-ə bildiriblər ki, üçüncü tərəflər aktivlərin satın alınmasına maraq göstərdikdən sonra şirkət Azərbaycandakı aktivlərinə marağı nəzərdən keçirir.
“Wood Mackenzie” beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman AÇG-də “ExxonMobil” şirkətinin payının satılması məsələsini şərh edərkən deyib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokunun işlənməsi layihəsində iştirak vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır.
O bildirib ki, indi bazarda ucuz neft qiymətləri ilə əlaqədar aktivlərin satışına yönəlmiş şirkətlər üçün çətin dövrdür:
“İndi alıcılar elə də çox deyil, çünki əsas sektor pul vəsaitlərinin qorunmasına diqqət ayırıb”.
E.Şerman bildirib ki, bununla belə, AÇG və Bakı-Tbilisi-Ceyhan, payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır. Çünki bu aktivlər stabil vergi şəraitində uzunmüddətli və ucuz neft hasilatını təklif edir: “MOL və “Chevron” arasındakı saziş göstərir ki, AÇG-də pay inkişaf ambisiyalarının reallaşdırılması üçün böyük əhəmiyyət kəsb edə bilər”.
Bundan əvvəl isə Macarıstanın MOL Group şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda “Chevron”un payını satın alıb.