ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Bakıya gəlib –"Ağdama səfər edəcəyəm"

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Bakıya səfər edib.

Bu barədə “Report” məlumat yayıb.

“İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək üçün toplaşacaq beynəlxalq analitiklər qrupunun tərkibində ADA Universitetinin və AIM Prezident Mərkəzinin qonağı olmaqdan şərəf duyuram.

Bazar günü Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri ilə görüşmək imkanım olacaq. Bazar ertəsi günü Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinə səfərim planlaşdırılıb, çərşənbə axşamı isə ADA Universitetində keçiriləcək və cənab Prezident İlham Əliyev, Xarici İşlər Naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müzakirələrin də daxil olduğu konfransda iştirak etməliyəm”, – deyə Metyu Brayza bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir