Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“ABŞ qoşunlarının çıxarılma qərarı gözlənilən idi” –

User 02 May 2026 - 19:47 (Last updated: 02 May 2026 - 19:48)
alman mudafi

ABŞ-nin Almaniyadakı hərbi kontingentinin bir hissəsini bu ölkədən çıxarması planı Almaniyanın siyasi dairələrində bir qədər təmkinli reaksiya doğurub.

AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarın əvvəlcədən gözlənilən olduğunu qeyd edərək, Vaşinqtonun Avropadakı hərbi mövcudluğunu yenidən qiymətləndirməsinin yeni tendensiya olmadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ ilə hərbi əməkdaşlıq davam edir və Amerika qüvvələrinin Avropada, xüsusilə Almaniyada yerləşməsi hər iki tərəfin maraqlarına uyğundur.

Nazir bildirib ki, yaranmış vəziyyət NATO çərçivəsində Avropa ölkələrinin daha böyük məsuliyyət götürməsinin vacibliyini bir daha ortaya qoyur. Almaniya bu istiqamətdə Bundesverin gücləndirilməsi, silahlanmanın sürətləndirilməsi və hərbi infrastrukturun genişləndirilməsi ilə irəliləyiş əldə edir.

Bundestaqın Müdafiə komitəsinin sədri Tomas Rövekamp ABŞ-nin planını siqnal adlandıraraq təşvişə əsas olmadığını bildirib. Bununla belə, o, ABŞ Prezidenti Donald Trampın addımlarını tənqid edərək təhlükəsizlik tərəfdaşlığının birtərəfli qərarlarla zəiflədilməsinin yolverilməz olduğunu qeyd edib.

Digər siyasətçilər isə fərqli mövqelər sərgiləyiblər. Xristian Demokratlar İttifaqından olan siyasətçi Yürgen Hardt bu qərarın ABŞ-dəki daxili siyasi amillərlə bağlı ola biləcəyini və Avropanın müdafiəsinə dair etimadı qismən zəiflədə biləcəyini vurğulayıb. Yaşıllar Partiyasının üzvü Sara Nanni Avropa ölkələrinin koordinasiyalı mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edib.

ABŞ bazalarının güclü olduğu Reynland-Pfalts əyalətinin Baş naziri Aleksander Şvaytser qərarın ciddi qəbul edilməli olduğunu bildirib və mümkün təsirlərə hazırlaşmağa çağırıb. Hərbi ekspert Karlo Masala isə ABŞ-nin Almaniyada planlaşdırdığı “Tomahawk” və “Dark Eagle” raket sistemlərinin yerləşdirilməsinin təxirə salınmasının Rusiyaya qarşı çəkindirmə imkanlarında boşluq yarada biləcəyini bildirib.

NATO rəsmiləri hazırda qərarın detalları üzərində ABŞ ilə məsləhətləşmələrin davam etdiyini və Alyansın kollektiv müdafiə qabiliyyətinin qorunacağına əmin olduqlarını bəyan ediblər.

AzPost.az

Post navigation

Previous: ABŞ-ın blokadası ilə İran 5 milyard dollar itirib
Next: Qarabağ adı çəkilməyəcək

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.