ABŞ-ın Corciya ştatının rəhbərliyi prezident seçkiləri ilə bağlı səsvermənin nəticələrini açıqlayıb. Əl ilə aparılan təkrar sayma nəticələrinə əsasən, Demokrat Cozef Baydenin ştatdakı qələbəsi bir daha təsdiqlənib.
Bu barədə ştatın vitse-qubernatoru Bred Raffenspergerin açıqlamasına istinadən “CNN” məlumat verib.
Cümə axşamı vitse-qubernatorun veb-saytında 3 noyabr tarixli prezident seçkiləri ilə bağlı Corciya ştatında səslərin yenidən sayılmasının nəticələri barədə məlumatlar yerləşdirilib. Nəticələrə əsasən, Respublikaçı Donald Tramp 2 462 857 səs, Demokrat Co Bayden 2 475 141 səs qaznıb.
