ABŞ-ın daşqınlardan zərər çəkən ştatlarında fövqəladə vəziyyət elan edilib

ABŞ Prezidenti Cozef Bayden “İda” qasırğasından zərər çəkən Nyu-York və Nyu-Cersı ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.

NBC telekanalı xəbər verir ki, son məlumata görə, leysan yağışlar və daşqınlar nəticəsində Nyu-Cersıdə 23 nəfər, Nyu-York ştatında 15 nəfər həlak olub.

Ağ evin bəyanatında bildirilir ki, prezidentin fərmanı daxili təhlükəsizlik departamentinə və fövqəladə vəziyyətlərin idarə olunması üzrə federal agentliyə fəlakətin nəticələrinin aradan qaldırılmasında bütün səyləri koordinasiya etmək səlahiyyəti verir.

Aramsız leysan yağışları ABŞ-ın şərq sahillərındə ciddi fəsadlar törədib. Paytaxt regionunda, Pensilvaniya, Nyu-York və Nyu-Cersı ştatlarında əlverişsiz hava şəraiti hökm sürür. Yerli telekanallar su basmış küçələrin və evlərin, məcrasından çıxmış çayların görüntülərini yayır. Hakimiyyət orqanları insanları təxliyə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir

Sonrakı məqalə

Avqust ayında 1137 nəfərə elektron qaydada əmək pensiyası təyin olunub