ABŞ-ın ən yeni nüvə başlıqları Avropaya göndərildi

ABŞ-yə məxsus son nəsil nüvə başlıqları Avropaya gətirilib.

AzPost xəbər verir ki, bu barədə ABŞ və Norveçdəki mənbələrə istinadən İtaliyanın “Fatto Quotidiano” qəzeti məlumat verib.

Qeyd olunur ki, məlumatlar silahların yayılmaması və silahlara nəzarət müqavilələrinə əməl olunmasına nəzarət edən təşkilatlardan əldə edilib.

Hazırda Avropada beş ölkədə: İtaliyada Aviano və Gedi bazalarında, həmçinin Almaniya, Niderland, Belçika və Türkiyədə 100 ABŞ nüvə başlığının olduğu bildirilir.

Bu yaxınlarda amerikalılar bu ölkələrdə müxtəlif gücə malik ən son “B61-12” döyüş başlıqlarını quraşdırmalı idilər. Onlar yüksək dəqiqlik və aşağı partlayış gücünə malikdirlər – Hirosimaya düşən bomba ilə müqayisədə 50 dəfə az. Bu cür döyüş başlıqları nisbətən məhdud ərazidə adi qüvvələri dəstəkləmək üçün nəzərdə tutulub.(oxu.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.