“ABŞ-ın enerji böhranı Baydenin yaşıl siyasəti ilə başladı”- Buşun keçmiş müşaviri

“Prezident Co Baydenin siyasəti lap əvvəldən yanacağın bahalaşmasına yönəlib”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Corc Buşun keçmiş siyasi müşaviri Karl Rov “The Wall Street Journal”a deyib.

Rov iddia edir ki, Bayden komandası hər addımda ABŞ-da neft və qaz hasilatını məhdudlaşdırmağa və azaltmağa çalışır.

Onun sözlərinə görə, Baydenin bir sıra qərarları Ukraynada hərbi əməliyyatlar başlamazdan və Rusiya neftinə qoyulan məhdudiyyətlərdən əvvəl də yanacaq qiymətlərinin artmasına səbəb olub: “Bayden prezidentliyinin ilk günündə “Keystone XL” boru kəmərinin tikintisini ləğv etdi. Daha sonra o, Alyaskadakı Arktika milli vəhşi təbiət sığınağında yeni lisenziyaların verilməsini dayandırdı. Bundan əlavə, neft və qazın federal torpaqlarda və sularda icarəyə verilməsinə qadağa qoyulması qiymətlərin artmasına təsir edib”.

Azpost.info

 

Əvvəlki məqalə

“İnstagram”da yenilik

Sonrakı məqalə

Sabah hava necə olacaq?