ABŞ-ın İrana hücumundan sonra yoxa çıxan Əhmədinejad ilk dəfə üzə çıxdı –VİDEO

ABŞ-ın İrana hucumundan sonra barəsinndə heç bir xəbər olmayan sabiq prezident Mahmud Əhmədinejad üzə çıxıb.

Azpost.info bildirir ki,bununla bağlı kadrlar sosial şəbəkədə yayılıb.

Sabiq prezident İranın Ramsar şəhərində avtomobildə görüntülənib.

Yerli sakinlərlə salamlaşan Əhmədinejad əhvalını xəbər alan sakinlərə yaxşı olduğunu deyib və daha sonra avtomobillə yoluan davam edib.

Qeyd edək ki, ABŞ-ın keçirdiyi hərbi əməliyyatın ilk günlərində M.Əhmədinejadın həlak olduğu barədə xəbər yayılmışdı.

Daha sonra onun yaralı olduğu deyildi.

Sabiq prezident İran elitasının əleyhdarı kimi tanınıb və sərt tənqidlərinə görə ev dustağı edilib.

Ötən ay nufuzulu ABŞ nəşri onun barəsində sensasion xəbər yayıb. Yazıda qeyd edilib ki, ABŞ prezidenti Tramp İranda qurulacaq yeni hakimiyyətdə Mahmud Əhmədinejadı görmək istəyib. Bunun üçün onunla bağlı əməliyyat qurulub, yaşadığı mənzilə nöqtəvi zərbələr endirilib, sabiq prezidenti göz altında saxladıqları SEPAH hərbçiləri öldürülüb.

Lakin sonradan İran daxilində proseslər fərqli xarakter alıb və M.Əhmədinejadla təmas cəhdləri dayandırılıb.

İran rəsmiləri və sabiq prezident özü bu yazıya heç bir şərh verməyib.

 

 

AzPost.az

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.