“ABŞ-ın məqsədi Rusiyanı Ermənistan və Azərbaycan arasında sülh prosesindən sıxışdırıb çıxarmaqdır”.
Azpost.info bildirir ki, bu barədə Rusiya-24 telekanalının efirində xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Birləşmiş Ştatlar hər yerdə eyni şeyə nail olmağa çalışır: bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmaq, digər tərəfdən isə Rusiyanın tərəfdaşı və müttəfiqi olan müstəqil dövlətləri neomüstəmləkəçilik üslubunda özünə tabe etmək, qonşularla tərəfdaşlığımıza və ittifaqımıza müdaxilə etmək istəyir. Bu, həmişə Amerikanın əsas narahatçılığı olub”, – deyə o bildirib.
Qaluzin vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Üçtərəfli bəyanat əsasında normallaşmasının alternativi yoxdur.
Azpost.info
