ABŞ-ın Qafqaz üzrə yeni baş məsləhətçisi Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə yeni baş məsləhətçisi Luis Bono gələn həftə Bakıya səfər edəcək.

Bunu Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə bildirib. O, bildirib ki, Luis Bono bu vəzifədə regiona ilk səfərinə Bakıdan başlayacaq.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini və bizim Gürcüstanın suverenliyi və ərazi bütövlüyününə davam edən sadiqliyimizi dəstəkləmək məqsədilə liderlərlə görüşməyi planlaşdırır. Qeyd etdiyim kimi o, səfər çərçivəsində Cənubi Qafqazın üç ölkəsinə gedəcək. O, ardıcıl olaraq Bakıya, İrəvana və Tbilisiyə səfər edəcək”, – deyə Ned Prays bildirib. (APA)

Əvvəlki məqalə

“İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazırdır” –

Sonrakı məqalə

Ermənistan xarici işlər naziri Hindistana gedir