ABŞ-ın raket ehtiyatları tükənir –Tomahawk və Patriot ehtiyatları kəskin azalıb

ABŞ-ın raket ehtiyatları İranla müharibə fonunda əhəmiyyətli dərəcədə azalıb.

Azpost.info bildirir ki, bu barədə The Wall Street Journal yazıb.

Nəşrin məlumatına görə, ABŞ-ın arsenalında olan Tomahawk qanadlı raketlərinin təxminən yarısı, Patriot hava hücumundan müdafiə sistemlərinin isə üçdə ikisinə qədəri istifadə edilmiş ola bilər. Yazıda qeyd olunur ki, bu ehtiyatların bərpası bir neçə il çəkə bilər.

Bu vəziyyət fonunda Pentaqon raketlərin istehsalını sürətləndirməyə və silah ehtiyatlarını yenidən artırmağa çalışır. ABŞ-ın müdafiə şirkətləri artıq silah istehsalını artırmağa başlayıblar. Lakin WSJ-nin qiymətləndirməsinə görə, istehsal tempinin əhəmiyyətli dərəcədə yüksəldilməsi uzun müddət tələb edə bilər.

Bu arada beynəlxalq vasitəçilər İranın nüvə proqramı ilə bağlı güzəştlərə getməsinə nail olmağa çalışırlar. Belə güzəştlərin ABŞ-la danışıqların yenidən başlanmasına imkan verəcəyi gözlənilir.

Diplomatik səylər ABŞ Prezidenti Donald Trampın Tehranın təklif etdiyi yeddi günlük atəşkəs təşəbbüsünü rədd etməsindən sonra intensivləşib.

N.Talıblı

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.