ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell vəfat edib

18 Oktyabr 2021 - 16:33

ABŞ-ın sabiq dövlət katibi Kolin Pauell vəfat edib.

TASS-ın verdiyi məlumata görə, sabiq dövlət katibinin ölüm xəbərini ailəsi açıqlayıb.

K. Pauellin 85 yaşında koronavirusdan vəfat etdiyi bildirilir.

“ABŞ-ın sabiq dövlət katibi və ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin keçmiş sədri, general Kolin Pauell COVID-19-dan yaranmış ağırlaşma nəticəsində bu gün səhər vəfat edib”, – deyə ailənin açıqlamasında bildirilir.

Qeyd edək ki, K. Pauell 2001-2005-ci illərdə ABŞ-ın 43-cü Prezidenti oğul Corc Buşun Administrasiyasında dövlət katibi vəzifəsini tutub.

1989-1993-cü illərdə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinə rəhbərlik edib. K. Pauell 1987-1989-cu illərdə ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.