“ABŞ-ın sanksiyaları ərzaq təhlükəsizliyinə təsir edəcək” –Rusiya səfiri

“ABŞ-ın anti-Rusiya sanksiyalarını genişləndirmək qərarı “Vaşinqtonun rusofob isteriyasının təsdiqidir. Eyni zamanda bu, ərzaq təhlükəsizliyinə, eləcə də ABŞ-ın özündə vəziyyətə təsir edəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. “Bu cür tədbirlər dünyada vəziyyəti daha da gərginləşdirəcək. Bundan başqa, ABŞ sanksiyaları tədarük zəncirlərində yeni fasilələrə səbəb olacaq və ərzaq təhlükəsizliyinə təsir edəcək. İqtisadi dəyişmələr bəzi ərzaq məhsullarının qıtlığı probleminin getdikcə kəskinləşdiyi ABŞ-ın özünə də təsir edə bilər. Əminik ki, Rusiyanın ödəmə qabiliyyətini əngəlləmək cəhdləri ciddi investorların diqqətindən yayınmayacaq”, – səfir deyib.

Azpost.info

Əvvəlki məqalə

“Finlandiya və İsveç NATO sammitində üzv qəbul edilməyəcək” –

Sonrakı məqalə

Sabah 38 dərəcə isti olacaq