“Finlandiya və İsveç NATO sammitində üzv qəbul edilməyəcək” –Polşa XİN rəhbəri

“İyunun 28-dən 30-dək Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveç NATO-ya qəbul edilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Pavel Yablonski deyib.

Onun sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüyünün rəsmiləşdirilməsi bir neçə aya qədər vaxt aparacaq.

Nazir həmçinin hesab edir ki, Türkiyə bu ölkələrin NATO-ya üzvlüyünə tam mane olmayacaq, öz şərtlərini irəli sürəcək: “NATO-ya yeni üzvlərin qəbulu uzun bir prosesdir. Bu o qədər də sürətli və asan deyil. Ən azı bir neçə ay çəkəcək. Türkiyə öz şərtlərinin yerinə yetirilməsi müqabilində Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verəcək. Danışıqlar gedir və düşünürəm ki, bu, qısa müddətdə NATO-nun növbəti iki üzvünə sahib olmağımıza gətirib çıxaracaq”, – Yablonski qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Vətən müharibəsi qazisi əməliyyat olunub

Sonrakı məqalə

“ABŞ-ın sanksiyaları ərzaq təhlükəsizliyinə təsir edəcək” –