ABŞ-ın “Şevron” neft şirkəti Azərbaycandan getdi –

Aktivlərini satdı (AÇIQLAMA)
16 Aprel 2020 - 23:25

Neft və qaz şirkəti olan “Chevron” Azərbaycandakı aktivlərini Macarıstanın “MOL” şirkətinə 1,57 milyard dollara satıb.

TASS  xəbər verir ki, bu barədə Amerika şirkətinin cümə axşamı yaydığı mesajında ​​deyilir.

“Chevron” korporasiyası bu gün onun törəmə şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yatağı blokundakı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini “MOL Hungary Oil and Gas PLC” şirkətinə 1,57 milyard dollara satdığını elan edib”, – mesajda belə deyilir.