ABŞ-ın Xuzistana hava zərbəsi nəticəsində 7 nəfər öldü, 8 nəfər yaralandı

Xuzistan ostanının valiliyi ABŞ-ın ötən gecə həyata keçirdiyi hava zərbəsi nəticəsində indiyədək 7 nəfərin öldüyünü, 8 nəfərin isə yaralandığını açıqlayıb.

APA-nın məlumatına görə, ötən gecə İranın cənub-qərbində yerləşən Xuzistan ostanının 3 məntəqəsi ABŞ ordusunun raket zərbəsinə məruz qalıb.

Hücumlardan dərhal sonra təhlükəsizlik və yardım qüvvələri hadisə yerinə cəlb olunub.

Yaralıların vəziyyətinin qiymətləndirilməsi və hücumların dəqiq miqyasının müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.