ABŞ-İran danışıqlarının bərpa xəbəri nefti ucuzlaşdırdı

Ağ Evin İranla danışıqların mümkün bərpası ilə bağlı nikbin açıqlamaları fonunda qlobal neft qiymətləri bir qədər aşağı düşüb.

Azpost.info bildirir ki, bu barədə Reuters məlumat verir.

Agentliyin məlumatına görə, Brent markalı xam neftin fyuçersləri 0,5% azalaraq barrel üçün 94,49 dollara, WTI isə 0,8% azalaraq barrel üçün 90,59 dollara düşüb.

Mənbələr danışıqlarda mümkün irəliləyiş əlamətlərini qeyd edirlər. Pakistan ordusunun baş komandanı Asim Munir dialoqa qayıtmaq üçün Tehrana səfər edib.

Bu fonda Asiya bazarları yüksəlir. Cənubi Koreyanın Kospi indeksi təxminən 1,9%, Honkonqun Hang Seng indeksi 0,68% və Tayvanın Taiex indeksi 0,48% artıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.