ABŞ-ın Maliyyə Nazirliyi İrana məxsus 27 internet resursun bağlanması haqqında qərar qəbul edib.
Qərarda əsasən xəbər agentliklərinin saytlarının bağlanması nəzərdə tutulub. Qeyd olunur ki, bu saytlar ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə ediblər.
İran mətbuatı yazır ki, seçkiyə müdaxilə iddiası, sadəcə olaraq, bəhanədir. İnternet saytları ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmək imkanında deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, sanksiyaya məruz qalan internet resursları seçkilərdə baş verən saxtakarlıqları işıqlandırıb ki, bu da Vaşinqtonda xoş qarşılanmayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Hələlik qalib elan olunmayıb.