ABŞ İrana qarşı sanksiyaları yalnız Tehranın nüvənin işlənilməsi ilə bağlı böhranın həlli üçün hazırlanmış Birgə Hərtərəfli Fəaliyyət Planına qayıtmasından sonra azaltmaq niyyətindədir.
TASS xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Blinken bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində prezident Co Baydenin rəhbərlik etdiyi yeni Amerika administrasiyasının xarici siyasət prioritetləri barədə danışarkən bildirib.
ABŞ xarici siyasət idarəsinin rəhbəri öz çıxışında, həmçinin Vaşinqtonun sadəcə ABŞ və İran rəsmiləri arasında danışıqlar təşkil etmək üçün Tehrana güzəştə getməyəcəyinə dair zəmanət də verib.