“Atamın Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm” –Polad Bülbüloğlu

“Təbii ki, Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, mənim atamın evidir”. 

Bunu APA-ya Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur.

Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur”, – deyə P. Bülbüloğlu vurğulayıb.

Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib: “Layihə təsdiq olunan kimi mən atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İrana qarşı sanksiyaların yumşaldılması üçün şərt irəli sürüb

Sonrakı məqalə

“Qansız-qadasız bu islahatları yalnız İlham Əliyev həyata keçirə bilər” –