“ABŞ-ın İrana potensial zərbəsi Ukraynaya dəstəyi zəiflədəcək”.
Azpost.info bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü, senator Aleksey Puşkov bu fikri öz Telegram kanalında bildirib.
Onun sözlərinə görə, bir sıra ABŞ siyasətçiləri İsraildəki son eskalasiyaya görə belə çağırışlar edir.
“Əgər ABŞ bu yolla getsə, o zaman Yaxın Şərqdəki böhran Ukraynaya dəstəyə güclü zərbə vuracaq. Diqqət nəhayət, Yaxın və Orta Şərqə yönələcək. Bu gün belə bir ssenarinin olması mümkün deyil. Amma heç nəyi istisna etmək olmaz”, – Puşkov bildirib.
Bundan əvvəl İran parlamentinin üzvləri Fələstinin HƏMAS hərəkatının İsrailə qarşı əməliyyatını dəstəkləyib.
Azpost.info