ABŞ İrandakı helikopter qəzasında əli olması barədə ittihamları rədd edib

ABŞ İran prezidentinin və dövlət xadimlərinin olduğu helikopetrin vurulmasında əli olması barədə ittihamları rədd edib. 

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib.

“Helikopterin vurulmasında ABŞ heç bir rolu yoxdur, bu, açıq və aydın faktdır”-deyə Ostin helikopterin qəzaya uğramasını “bədbəxt  hadisə” adlandırıb. Pentaqonun başçısı bildirib ki, ABŞ vəziyyəti nəzarətdə saxlamaqda davam edir.

“Biz əminik ki, iranlılar araşdırma aparacaqlar. Onların araşdırması başa çatdıqdan sonra nəticəsini görəcəyik”.

Pentaqon rəhbəri əlavə edib ki, onların fikrincə, helikopterin düşməsinə qəzadan başqa bir şeyin səbəb olduğuna dair heç bir əlamət yoxdur: “Düşünürəm ki, iranlılar araşdırma apardıqca biz bu barədə daha çox məlumat əldə edəcəyik”.

ABŞ müdafiə naziri helikopterin qəzaya uğramasına nəyin səbəb olduğunu təxmin edə bilmədiyini bildirib.

 

Əvvəlki məqalə

“Bakı və İrəvan arasında sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik” –

Sonrakı məqalə

“İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqirdir” –