ABŞ İranı danışıqlara çağırdı –AÇIQLAMA

Amerika Birləşmiş Ştatları İranı nüvə sazişi ilə bağlı danışıqları bərpa etməyə çağırıb.

Bu barədə Reüters agentliyi xəbər verirlər.

“Biz İranı yaxın vaxtlarda danışıqlara dönməyə çağırırıq”, -deyə Dövlət Departamentinin sözçüsü Ned Price bildirib. Ned Price qeyd edib ki, əgər İran prezidenti Rəisi sanksiyaların qaldırılmasında öz istəyinə sadiqdirsə, bunu Vyanada danışıqlar masasında həll etmk lazımdır.

İranın yeni prezidenti İbrahim Rəisi bundan əvvəl, İrana qarşı sanksiyaların diplomatik yolla aradan qaldırılmasına çalışacağını bildirib. O, avqustun 5-də andiçmə mərasimi zamanı çıxışında bu sanksiyaları aradan qaldırmağa çağırmışdı.“Sanksiyalar qaldırılmalıdır. Biz bu məqsədə xidmət edən istənilən diplomatik planı dəstəkləyirik”, deyə Rəisi bildirib.

Bundan əvvəl bu məsələ ilə bağlı aparılan danışıqlar nəticə verməyib.

Danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Abbas Aragçi ötən ay bildirmişdi ki, danışıqların növbəti mərhələsi Rəisinin prezident kimi fəaliyyətə başlamasından sonra baş tuta bilər.

Qeyd edək ki, Birləşmiş Ştatların keçmiş prezidenti Donald Trump 2018-ci ildə birtərəfli şəkildə İranla nüvə sazişindən çıxaraq Tehrana qarşı sanksiyaları bərpa edib. Bu sazişdə, İranın nüvə proqramının dondurulması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların qaldırılması nəzərdə tutulurdu.

ABŞ-ın bərpa etdiyi sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 13 yaşlı qız özünü dördüncü mərtəbədən atıb

Sonrakı məqalə

Vüqar Səfərlinin oğlunun bank hesabına həbs qoyulub