“ABŞ İranla nüvə sazişinə qayıtmağa hazırdır” –Dövlət katibi Blinken bəyanat verdi

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, nüvə sazişini imzalamış tərəflərin həmin sazişə riayət etməsi üçün Birləşmiş Ştatlar İran və digər ölkələrlə müzakirələr aparmağa hazırdır.

Almaniya, Böyük Britaniya, Fransa xarici işlər nazirləri və ABŞ dövlət katibi İranla nüvə sazişi ilə əlaqədar danışıqların yekunlarına əsasən Çin və Rusiya ilə bu mövzuda danışıqları davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyirblər.

Fransa XİN başçısı Jan-İv Le Drian, Almaniya XİN rəhbəri Hayko Maas, onun Böyük britaniyalı həmkarı Dominik Raab və ABŞ dövlət katibi Entoni Blinken tərəfindən imzalanmış birgə bəyanatda deyilir: “Nazirlər təhlükəsizlik sahəsində bu mühüm məsələyə dair Birgə Komissiyanın əlaqələndiricisi kimi Avropa İttifaqının ali nümayəndəsinin rolunu etiraf etməklə bərabər, Çin və Rusiya ilə məsləhətləşmə və koordinasiyanın davam etdirilməsində ciddi maraqlı olmalarını təsdiq ediblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkə üzrə cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb-

Sonrakı məqalə

Türkiyədə təlimdə olan hərbçilərimiz Azərbaycana qayıdıb