“ABŞ İsrailin Rəfah şəhərindəki mümkün əməliyyatını dəstəkləməyəcək”- BLİNKEN

“Birləşmiş Ştatlar İsrailin Qəzza zolağının Rəfah şəhərində mümkün əməliyyatını dəstəkləməyəcək, çünki mülki əhalinin müdafiəsini əhatə edən bir plan görməyib”.

Azpost.info xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken həmçinin bildirib ki, Qəzzada mülki əhalinin maksimum müdafiəsi, maksimum dəstək ABŞ-ın əsas məqsədlərindəndir: “İndi buna son qoymağın ən sürətli yolu atəşkəsə nail olmaq və girovların azad edilməsidir. Buna nail olmaq üçün fövqəladə səylər göstərilib”.

Azpost.info

Əvvəlki məqalə

“Qəzza xalqının iztirablarına son qoymağa çalışırıq”

Sonrakı məqalə

Anar Məmmədli saxlanılıb, araşdırma aparılır