“ABŞ kəşfiyyatı daha qəddar və qanlı qiyam gözləyirdi”- CNN

“ABŞ kəşfiyyatı gözləyirdi ki, “Vaqner” muzdluları Moskvaya yürüş zamanı rus ordusu tərəfindən daha ciddi müqavimətlə qarşılaşacaq və qiyamın özü daha qəddar və qanlı olacaq”.

Azpost.info xəbər verir ki, CNN bunu məlumatlı amerikalı rəsmiyə istinadən yazıb.

Rəsminin sözlərinə görə, Vaşinqtonu Rusiya Müdafiə Nazirliyi qoşunlarının Rostovu ələ keçirmiş, sonra isə bir neçə kolonda Moskvaya doğru irəliləyən muzdlular qrupuna müqavimət göstərə bilməməsi təəccübləndirib. Kremlin “Vaqner”in rəhbəri Yevgeni Priqojinlə sövdələşməsinin sürəti isə daha böyük təəccüb yaradıb.

ABŞ kəşfiyyatının məlumatına görə, Priqojin çoxdan Rusiya ordusunun rəhbərliyi ilə ciddi qarşıdurmaya hazırlaşırdı, lakin onun konkret məqsədləri aydın deyildi. ABŞ kəşfiyyat orqanları Ukraynada muzdluların Rusiya sərhədlərinə yaxınlaşması, silah və sursatların gətirildiyi barədə əvvəlcədən məlumatlı idi.

“The Washington Post” məlumatlı mənbələrə istinadən yazır ki, Rusiya prezidenti Vladimir Putin də Priqojinin nəsə edəcəyini bilirdi. Belə ki, Rusiya xüsusi xidmət orqanları bu barədə ən azı 24 saat əvvəldən xəbər tutublar. Lakin Putinin niyə son ana qədər heç nə etmədiyi qaranlıq qalır.

Azpost.info

Əvvəlki məqalə

Şoyqu xüsusi əməliyyat zonasına gedib

Sonrakı məqalə

Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib