ABŞ kəşfiyyatı HƏMAS-ın İsrailə hücumunda “İran izi” axtarır

ABŞ kəşfiyyatı İranın HƏMAS-ın İsrailə hücumunda iştirakına dair sübutlar tapmağa çalışır.

Azpost.info bildirir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, administrasiyanın əlində Tehranı hücumun planlaşdırılması və icrası ilə əlaqələndirən birbaşa sübutu yoxdur. “Biz əlavə məlumat axtarırıq” -deyə Sallivan Ağ Evdə jurnalistlərə bildirib.

Məxfi kəşfiyyat məlumatlarına çıxışı olan çoxsaylı kəşfiyyat, hərbi və konqres rəsmiləri CNN-ə Sallivanın dediklərini deyirlər: İranın birbaşa iştirakına dair birbaşa sübut yoxdur.

Yüksək rütbəli İsrail rəsmisi CNN-ə bildirib ki, İsrail kəşfiyyatı da əvvəlki sübutları nəzərdən keçirir.

ABŞ və İsrail kəşfiyyatının hücumla bağlı əvvəlcədən xəbərdarlığı olmayıb. Odur ki, Bayden administrasiyası indi ehtiyatlı davranır.

HƏMAS İrandan müəyyən qədər müstəqilliyini qoruyub saxlayır. Keçmiş təhlükəsizlik rəsmiləri və digər regional analitiklərin fikrincə, Tehranın blokada altındakı Qəzzada yerlərdə heç bir məsləhətçisi yoxdur və qrupun fəaliyyətinə rəhbərlik etmir.

Lakin həftəsonu hücumun görünməmiş miqyası analitiklər arasında suallar yaradıb: HƏMAS İranın birbaşa köməyi olmadan belə bir mürəkkəb əməliyyat həyata keçirə bilərmi?

Dövlət Departamentinin rəsmisi deyib: “Biz İranın nə etdiyi və etdikləri ilə necə mübarizə aparacağımız barədə narahatçılığa çox vaxt  sərf edirik. Bu, şübhəsiz ki, bu müzakirədə yeni bir fəsil açır.”

2022-ci ildə HƏMAS lideri İsmayıl Haniyə açıq şəkildə bildirmişdi ki, qrup həmin il İrandan təxminən 70 milyon dollar alıb və bu pulu raketlərin istehsalına sərf edib. Dövlət Departamentinin 2020-ci il hesabatında deyilir ki, İran HƏMAS da daxil olmaqla Fələstinin terrorçu qruplarına hər il təxminən 100 milyon dollar yardım edir.

Keçmiş ABŞ rəsmiləri deyirlər ki, şənbə günü hücumda istifadə edilən böyük silah ehtiyatı İranın köməyi ilə alınıb yığılıb.

Tehran açıq şəkildə bu hucumu dəstəkləsə də, hücumda hər hansı əli olduğunu inkar edir.

Azpost.info

Əvvəlki məqalə

Mirzoyan Minsk qrupunun amerikalı həmsədri ilə görüşüb

Sonrakı məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb