ABŞ yaxın günlərdə Kiyevə yeni silah tədarükünü planlaşdırır.
Azpost.info xəbər verir ki, bu barədə CNN ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən yazıb.
Kirbinin sözlərinə görə, yaxın günlərdə silahların tədarükü və hərbi yardımla bağlı yeni açıqlamaların olması nəzərdə tutulub.
Kirbi tankların yeni yardım paketinə daxil edilib-edilməyəcəyini dəqiqləşdirməyib.
Daha əvvəl Con Kirbi bildirmişdi ki, ABŞ hərbi yardım vasitəsilə Ukraynanın ehtiyaclarını ən yaxşı şəkildə ödəmək niyyətindədir.
Azpost.info