İranın dini lideri Xameneinin yaxın adamı Marneuliyə gəlir –Azərbaycanlılarla görüşəcək

Gürcüstanda səfərdə olan İran İslam Respublikasının Əhli-Beyt (ə) Assambleyasının Baş katibi Ayətullah Rza Ramazani və onu müşaiyət edən nümayəndə heyəti 19 yanvar tarixində azərbaycanlıların kompakt yaşadığı Marneuliyə gələcək.

Azpost.info bildirir ki, bu barədə Aktual.ge saytı xəbər yayıb.

17 yanvar tarixində Gürcüstana gələn İranın ali dini lideri Ayətullah Xameneinin yaxın adamı Tbilisi Cümə Məscidində olub və burada Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze və digər ruhanilər ilə ibadət ocağının iclas salonunda görüş keçirib.

Görüş zamanı Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri qonaqlara Gürcüstandakı müsəlmanların dini sahədə vəziyyəti, İdarənin məqsədi, son illərdə gördüyü işlər və gələcək proqramları haqda məlumat veriblər.

Əldə edilən məlumata görə, Ayətullah Rza Ramazani Gürcüstana səfəri çərçivəsində vaxtının ən çoxunu Marneuliyə ayıracaq.

Belə ki, o, 19 yanvar tarixində Marneuliyə gələcək və burada Bələdiyyənin imam cümələrindən biri Hacı Hacıyevin atasının Sabirkənddəki qırx mərasimində iştirak edəcək, ardından Marneuli İmam Hüseyn (ə) Məscidini ziyarət edəcək, Gürcüstan Əhli-Beyt Cəmiyyətinə baş çəkəcək və axşam isə şam namazını Marneuli Hz.İmam Əli (ə) Məscidində qılacaq və burada xütbə edəcək.

Əvvəlki məqalə

Azərbaycan və Litva prezidentləri Davosda görüşdü

Sonrakı məqalə

ABŞ Kiyevə yeni yardım paketini elan edəcək