ABŞ Konqresi Ukraynaya HIMARS çoxmənzilli raket sistemləri üçün yeni uzaqmənzilli ATACMS raketlərinin göndərilməsini tələb edir.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazır.
Müvafiq petisiyanı ABŞ prezidenti Co Baydenə Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan 10 üzvü göndərib.
“Ukrayna ordusunu bu silahlarla operativ şəkildə təmin etməklə onun qələbə şanslarını xeyli artıra biləcəyik”, – parlamentarilər bildiriblər.
Azpost.info
